Qaçqın idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiadada iştirak edə biləcəklər. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MOK uzun müddətdir mübahisəsi gedən qərarını təsdiqləyib. Qərara görə, qaçqın komanda da MOK üzvü olan 206 dövlətin nümayəndələri kimi Olmpia şəhərciyində yaşayacaq. Olimpia məşəli onların yaşadığı çadır şəhərciklərinə də aparılacaq. Bundan başqa olar Rio-2016-da olimpiya bayrağı və himni altında çıxış edəcəklər.MOK İcraiyyə Komitəsinin növbəti iclasında komandaya daxil olacaq idmançıların və onların çıxış edəcəyi idman növlərinə də tam aydınlıq gələcək. Xatırladaq ki, 31-ci Olimpiya oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək. Bu Olimpiya oyunları tarixində Cənubi Amerikada keçiriləcək ilk oyunlardır.