Keçmiş UEFA prezidenti Mişel Platini 6 il futboldan kənarlaşdırılması ilə bağlı FİFA Etika Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib.
Qaziler.az bildirir ki, Reutersin məlumatına görə, bu barədə arbitraj məhkəməsinin rəsmi saytı məlumat yayıb.Qeyd edək ki, Platini FİFA-dan qanunsuz olaraq 2 milyon İsveçrə frankı aldığına görə, 8 il futboldan uzaqlaşdırılıb.
Amma FİFA-nın apelyasiya komitəsi onun etirazından sonra ötən həftə bunu 6 ilə endirib.
Keçmiş FİFA prezidenti Sepp Blatter də əvvəlcə 8, sonradan isə 6 il futboldan kənarlaşdırılıb.