Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirib.
“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, millimiz Türkiyənin "Kunduspor" klubunun U-21 komandası ilə qarşılaşıb. Bu görüşdə milli komandamız rəqibini darmadağın edib - 8:0.Matçdan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və millimizin futbolçuları oyuna qara sarğı ilə çıxıb.
Qarşılaşmanı millimizin baş məşqçisi Robert Prosineçki və AFFA-nın Məşqçilər Komitəsinin üzvləri izləyiblər.
Qeyd edək ki, millimizin bu gün "Antalyaspor"un U-21 komandası ilə yoxlama oyunu keçirəcəyi planlaşdırılırdı. Amma son anda rəqib dəyişib.