UEFA Türkiyənin "Qalatasaray" klubunu Avropa Kuboklarından bir il müddətinə kənarlaşdırıb. Report-un məlumatına görə, buna klubun Maliyyə "Fair Play"inin tələblərini pozması səbəb olub.
Qərara əsasən, "sarı-qırmızılar" bu il avrokuboklara vəsiqə qazanmasalar, cəza bu hüququn qazanılacağı mövsümə şamil olunacaq.
Qeyd edək ki, bir müddət öncə tərəflər arasında bu məsələ ilə bağlı danışıqlar aparılıb. "Qalatasaray"a 1+1 illik cəza təklif olunub. Danışıqlardan sonra isə bu cəza verilib.