“DÇ-2018“ başladı!

“DÇ-2018“ başladı! backend

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə indidən start verilib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ilk oyun dünən Bakı vaxtı ilə saat 11:00-da Asiya zonasında keçirilib. FİFA-nın yeni üzvü Şərqi Timor doğma meydanda Monqolustanı qəbul edib. Qarşılaşma Şəri Timorun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda dubl müəllifi olan Çikito do Karmo "DÇ-2018"in seçmə mərhələsininin ilk qolunun müəllifi kimi tarixə düşüb.

Bu gün ilkin mərhələnin daha 5 görüşü keçiriləcək. Kamboca Makaonu, Şri-Lanka Butanı, Tayvan Bruneyi, Hindistan Nepalı, Yəmən isə Pakistanı qəbul edəcək. Cavab oyunları martın 17-də baş tutacaq. 6 qalib komanda 40 əsas yığma siyahısına düşəcək. Onlar isə hər biri 5 komandadan ibarət 8 qrupa bölünəcək.

Qeyd edək ki,"DÇ-2018"in seçmə mərhələsində rekord sayda - 209 ölkə təmsil olunacaq. Onlar öz aralarında üst-üstə 900-dək oyun keçirəcəklər.

Əlavə edək ki, "DÇ-2018"in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda keçiriləcək.
Diaspora