Azərbaycan yığmasının keçmiş futbolçusu Abdulla Abatsiyev karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, ötən yay Bakının "İnter" klubundan ayrılan yarımmüdafiəçi Armavir "Torpedo"suna keçib.
O, yeni komandası ilə Ermənistanın paytaxtı İrəvanda keçirilən təlim-məşq toplanışına yollanıb. "Torpedo" burada ilk sınaq matçında "Banants"la qarşılaşıb və Abatsiyevin 20 dəqiqə meydanda olduğu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.Qeyd edək ki, Rusiyada doğulan Abatsiyev Azərbaycan vətəndaşlığı daşıyır. O, 2012-2015-ci illərdə Bakı "İnter"ində çıxış edib. U-17, U-19 və U-21 yığmalarımıza çağırılan 22 yaşlı yarımmüdafiəçi 2014-cü ildə ABŞ-la keçirilən yoxlama oyununda əsas yığmamızda debüt edib.