Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Çesli” Londonda PSJ-ni qəbul edib.
Trend-in məlumatına görə, Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bügünkü oyun maraq böyük idi. Proqnozlar özünü doğrultdu. Joze Mourinyo məşqçilik dövründə ən biabırçı oyununu keçirdi. Birinci hissənin ortalarında İbrahimoviç qırmızı kart alaraq PSJ-ni 10 nəfər qoymasına baxmayaraq fransızlar sonacan mübarizə apardılar.Əsas vaxtda oyun 1:1 başa çatdığından, əlavə vaxt oynanılıb. Əlavə oyunda hesab 2:2 olduğundan "Çelsi" 1/8 final mərhələsində mübarizəsini dayandırdı.