Gəncədə sülh, “Neftçi” isə darmadağın oldu

Gəncədə sülh, “Neftçi” isə darmadağın oldu backend

Bu gün Topaz Premyer Liqada 23-cü turun oyunları keçirilib. Axar.az xəbər verir ki, turun ilk qarşılaşması Gəncədə baş tutub. Burada yerli “Kəpəz” klubu “Sumqayıt”ı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyun qolsuz bərabərliklə başa çatıb.


Günün digər maraqlı qarşılaşması paytaxtda baş tutub.

“Neftçi” ardıcıl 4 oyundur meydandan qələbə ilə ayrılan “Zirə”nin qonağı olub. 3 cavabsız qol ilə “Neftçi”ni darmadağın edən zirəlilər xalların sayını 44-ə çatdıraraq ikinci pillədəki mövqeyini daha da möhkəmləndirib.

23-cü turun oyunları çərçivəsində AZAL evdə autsayder "Rəvan"ı qəbul edib.

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Rəvan” bu görüşdən qələbə ilə ayrılmaqla xal ehtiyatını artırmaq niyyətində idi. Lakin AZAL buna imkan verməyib.

Nuqzar Kvirtiyanın matçın 62-ci dəqiqəsində vurduğu qol AZAL-a qələbə qazandırıb - 1:0.
Diaspora