Bakı “İnter”inin keçmiş futbolçusu Abdulla Abatsiyevin yeni komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Rusiyanın “Torpedo Armavir” klubu ilə anlaşıb. Transfer pəncərəsinin son günündə həyata keçən transferi komandanın rəsmi saytı açıqlayıb.
“Bankirlər”lə 70-dən çox oyun keçirmiş Abatsiyev Azərbaycan yığmasının da şərəfini qoruyub. Millidə debütü 27 may 2014-cü ildə ABŞ-a qarşı matçda baş tutan futbolçunun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.
Qeyd edək ki, Rusiya çempionatının ikinci divizionunda yarışan Armavir “Torpedo”suna Valeri Karpin baş məşqçilik edir. Kollektiv 24 turdan sonra 16 xal toplayaraq, turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.