Avropa Liqasında 1/8 finalın püşkü atıldı: “Fənərbaxça“ “Braqa“ klubuna rəqib olub

Avropa Liqasında 1/8 finalın püşkü atıldı: “Fənərbaxça“ “Braqa“ klubuna rəqib olub backend

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qaziler.az bildirir ki, Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbaxça" 1/8 finalda Portuqaliyanın "Braqa" klubuna rəqib olub. Bu mərhələdə "Qarabağ"ın qrup mərhələsindəki rəqibi "Tottenhem" "Qəbələ"nin qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.




"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)

"Vilyareal" (İspaniya) - "Bayer" (Leverkuzen) (Almaniya)

"Atletik" (Bilbao, İspaniya) - "Valensiya" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)

"Sparta" (Çexiya) - "Latsio" (İtaliya)

"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)

"Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
Diaspora