2 ölkə FİFA prezidenti seçkisindən kənarlaşdırıldı

2 ölkə FİFA prezidenti seçkisindən kənarlaşdırıldı backend

Fevralın 26-da keçiriləcək FİFA-nın prezidenti seçkisində qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək.

Qaziler.az bildirir ki, Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. O, 2 ölkənin səsvermədən kənarlaşdırıldığını bildirib:

"Bu ölkələr Küveyt və İndoneziyadır".

Qeyd edək ki, FİFA prezidentliyinə namizədlər UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, FİFA-nın sabiq baş katibi Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir.
Diaspora