Türkiyənin tanınmış futbol ulduzu, “Barselona” komandasının oyunçusu Arda Turan daha bir arzusunu reallığa çevirib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, futbolçu Türkiyənin Şişli vilayətində açdığı yeni restoranını müştərilərin ixtiyarına verib.Uzun müddət idi ki, məkanın dekorasiyası ilə bağlı hazırlıq işləri gedirdi. “Arxiv” adı verilən məkan Arda Turana 3 milyon lirəyə başa gəlib. Futbolçunun yeni açdığı məkanda əsasən Türkiyə mətbəxinin təamları yer alacaq. Yeməklərdə istifadə olunan ərzaqlar isə orqanik olacaq. Bu haqda instagram səhifəsində məlumat yerləşdirən futbolçu hər kəsi yeni məkanında gözlədiyini açıqlayıb.
Qeyd edək ki, biznesini qurmaq üçün ilk addımını atan Arda Turan restoranlar şəbəkəsi qurmağı planlaşdırır.