Tevez rəqibının çənəsini sındırdı

Tevez rəqibının çənəsini sındırdı backend

Argentina çempionatının hesabat turunun "Boka Xuniors" - "Nyuells Old Boys" görüşündə qorxulu anlar yaşanıb. QAZİLER.AZ-ın Lent.az-a istinadən məlumatına görə, oyun zamanı ikincilərin gənc qapıçısı ölümdən dönüb.


"Boka Xuniors" - "Nyuells Old Boys" oyunun birinci hissəsinin son dəqiqələrində Karlos Tevezin qonaqların qapıçısı Luis Unsayla təkbətək mübarizəsi zamanı qapıçı ciddi xəsarət alıb. Oyun epizodunda “Karlito” ləqəbli hüçümçu diziylə gənc qapıçının sifətinə zərbə endirib. Zərbədən 20 yaşlı qapıçının çənəsi sınıb. Artıq əməliyyat olunan Luis Unsayın 45 günə yaşıl meydanlara dönəcək. "Boka Xuniors" - "Nyuells Old Boys" görüşü isə 4:1 son Argentina çempionu "Boka"nın qələbəsi ilə başa çatıb. Qollardan birinə imza atan Teves oyunda həmçinin qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, 1997-ci ildə futbola "Boka Xuniors" klubunda başlayan Teves daha sonra Avropa məcarəsinə başlayıb. "Mançester Yunayted", "Mançester Siti" kimi klubların şərəfini qoruyan Tevez daha sonra "Yuventus" klubunda qərarlaşıb. İtalyanlarla çempionluğ yaşayan argentinalı bir çox təkliflərə baxmayaraq keçən il yenidən doğma klubu "Boka Xuniors"a dönüb. Tevez ilk ilində "Boka Xuniors"la Argentina çempionluğu qazanıb.
Diaspora