Bakıda Dünya Kuboku yarışlarının ilk qızıl medalını yaponiyalı gimnast qazanıb

Bakıda Dünya Kuboku yarışlarının ilk qızıl medalını yaponiyalı gimnast qazanıb backend

Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində Yaponiya gimnastı, üçqat dünya çempionu Kenzo Şirai 16.150 xalla Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb.

Qaziler.az Azərtac-a istinadən xəbər verir ki, Sloveniyalı Rok Klavora 14.800 xalla gümüş, İsrail təmsilçisi Aleksandr Şatilov isə 14.550 xalla bürünc medala sahib olub.

Azərbaycan gimnastı Petro Paxnyuk sərbəst hərəkət yarışlarını 13.550 xalla altıncı pillədə başa vurub.
Diaspora