Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə Azərbaycan gimnastı Yuliya İnşina paralel qollar üzrə finala çıxıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, təsnifatın yekunları üzrə Y.İnşina 12,300 bal toplayaraq altıncı yeri tutub.Daha bir gimnastımız Marina Nekrasova isə finalda ikinci ehtiyat idmançı olub.
Ən yaxşı nəticəni hər biri 13,850 bal toplamış almaniyalı Filip Lina və braziliyalı Flavia Lopes göstəriblər.
Dünya Kuboku yarışlarının ilk günündə Azərbaycan gimnastı Oleq Stepko da halqalarla hərəkətlər üzrə finala çıxıb.
Təsnifatın yekunları üzrə o, 14,650 bal toplayaraq üçüncü yeri tutub.
Təsnifatda ən yaxşı nəticəni 15,050 bal toplamış türkiyəli gimnast İbrahim Çolak göstərib.