Futbolçu Putinin şəklinə görə 300 min avro cərimələnib

Futbolçu Putinin şəklinə görə 300 min avro cərimələnib backend

Moskvanın "Lokomotiv" klubu Avropa Liqası matçında sinəsində Rusiya prezidenti Vladimir Putinin şəkili olan futbolkada meydana çıxdığına görə yarımmüdafiəçi Dmitri Tarasovu 300 min avro cərimələyib.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən "R-Sport" məlumat yayıb.
Bundan əlavə futbolçu ən azı 10 oyunluq yaşıl meydanlardan kənarlaşdırıla bilər.
"Lokomotiv" fevralın 16-da İstanbulda Avropa Liqasının 1/16 final mərhələsində yerli "Fənərbaxça" klubuna 0:2 hesabı ilə məğlub olub. Matçdan sonra Tarasov futbolkasını çıxardaraq Putinin şəkili olan alt maykasını nümayiş etdirib.
Diaspora