Fevralın 20-26-a qədər Bakıda təlim-məşq toplanışı keçəcək Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qonşu ölkənin millisinin baş məşqçisi Sergey Matveyev 20 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, Rusiya millisi fevralın 23-ü və 25-də Bakıda Azərbaycanın U-17 yığması ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq. Hər iki matç Bakı Olimpiya stadionunda keçiriləcək.Qapıçılar: İvan Lomayev ("Çertanovo"), Matvey Safonov ("Krasnodar")
Müdafiəçilər: Sergey Borodin, Artyom Qolubev (hər ikisi "Krasnodar"), Aleksandr Volkov (CSKA, Moskva), Artyom Qorbulin, Aleksandr Zaxarov ("Dinamo", Moskva), Kiril Lukyanniçov ("Rubin")
Yarımmüdafiəçilər: Petr Volodkin, Aleksandr Rudenko ("Spartak", Moskva), Vyaçeslav Qrulev, Osman İsayev (hər ikisi "Dinamo", Moskva), Dmitri Lesnikov ("Volqarı"), Leon Musayev ("Zenit"), Maqomed Süleymanov, Daniil Utkin (hər ikisi "Krasnodar"), Mixail Yakovlev ("Rubin")
Hücumçular: İvan İqnatyev ("Krasnodar"), Stanislav Laçeviç ("Dinamo", Moskva), Dmitri Çıpçenko ("Çertanovo")