"Tottenhem"in qapıçısı Uqo Loris "Mançester Siti" ilə Premyer Liqa matçında zədələnib. Qol.Az-ın "goal.com"a istinadən verdiyi xəbərə görə, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib.
"Loris "Mançester Siti" ilə oyunun sonlarında çiynindən zədələndi. Onun qarşıdakı iki oyunda iştirak etməyəcəyi dəqiqləşib. Növbəti tibbi müayinədən sonra Lorisin "Fiorentina" ilə cavab görüşündə oynayıb-oynamayacağına aydınlıq gələcək".