Daha bir ulduz futbolçu Çin klubunda

Daha bir ulduz futbolçu Çin klubunda backend

ABŞ-ın "Sietl Saunders" klubundan ayrılan Obafami Martinsin yeni komandası müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, nigeriyalı futbolçu Çinin "Şanxay Şehua" klubuna transfer olunub.

Transferi ilə bağlı danışan Martins bunları deyib: "Sietl Saunders"dən gözəl xatirələrlə ayrıldım. Yaxşı və pis günlərimdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. İndi yeni macəra zamanıdır. Çinin "Şanxay Şenhua" klubunun təklifini qəbul etmək qərarı verdim".

Qeyd edək ki, Avropada daha öncə "İnter", "Nyukasl", "Volfsburq" və "Rubin" kimi klublarda çıxış edən 31 yaşlı futbolçu "Sietl Saunders"in heyətində keçirdiyi 72 oyunda 40 qol vurub və 23 məhsuldar ötürmə verib.
Diaspora