Ronaldo romalılara qalib gəldi

Ronaldo romalılara qalib gəldi backend

Ötən gecə UEFA ÇempionlaÖtən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub. QOL.AZ-ın məlumatına görə, gecənin ən maraqlı qarşılaşması Romada olub. Romalılar İspaniyanın “Real Madrid” klubunu qonaq edib. r Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda ilk hissə qolsuz bitib və bərabərliklə başa çatıb. İkinci hissədə iki qol vuran madridlilər mərhələni keçmək üçün böyük üstünlük əldə ediblər. Bu, “Real Madrid”in baş məşqçisi Zinəddin Zidanın Çempionlar Liqasında ilk qələbəsi olub.

“Roma” (İtaliya) – “Real” (İspaniya) - 0:2

Qollar: Ronaldo, 57, Xese, 86

Baş hakim: Pavel Kraloveç (Çexiya)

“Roma”: Şesnı, Rüdiger, Dinye, Manolas, Nainggolan, Pyaniç, Venker, Florenzi (k), Perotti, Salah, El-Şaaravi

“Real Madrid”: Navas, Varan, Ramos (k), Marselo, Karvaxal, Kroos, Xames Rodriqes, Modriç, İsko, Ronaldo, Benzema
1/8 final mərhələsinin digər qarşılaşması Belçikada baş tutub. “Gent” Almaniyanın “Volsfburq” klubunu qəbul edib. Beş qolun vurulduğu görüşü qonaqlar minimalfərqli qələbə ilə başa vurublar. Səfərdə vurulan 3 qol və qələbə almanlara növbəti mərhələyə keçmək üçün böyük üstünlük qazandırıb.

“Gent” (Belçika) – “Volfsburq” (Almaniya) - 2:3

Qollar: Kums, 80, Kulibali, 89 - Draksler, 44, 54, Kruz, 60

Baş hakim: Sven Oddvar Moen (Norveç)

“Gent”: Sels, Stefan Mitroviç, Asare, Lasse Nielsen, Renato Neto, Kums (k), Dejaegere, Foker, Miliçeviç, Depoitre, Simon

“Volfsburq”: Kastels, Dante, Jung, Knoxe, Rodriqes, Vierinya, Draksler, Treş, Luis Qustavo (k), Arnold, Kruse

Çempionlar liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmalarında PSJ “Çelsi” ilə, “Benfika” isə “Zenit”lə qarşılaşıb. Hər iki qarşılaşmada ev sahibləri qalib gəlib. Fevral ayının 23-də Çempionlar liqasının 1/8 final mərhələsində “Arsenal” “Barselona” ilə üz-üzə gələcək. “Bavariya” isə “Yuventus”u qəbul edəcək. 1/8 final mərhələsinin cavab oyunları mart ayının 9-16-da olacaq.
Diaspora