Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulan tarixdən tez başlayacaq.
Belə ki, Olimpiadanın paytaxtımızda sentyabrın 14-30-da baş tutması planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.