Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Dmitri Tarasovu uzun müddətlik cəza gözləyir. Lent.az-ın Rusiyanın NTV kanalına istinadən məlumatına görə, bu barədə UEFA-dakı mənbə bildirib.
Avropanın ali futbol qurumundakı mənbə NTV-ə verdiyi açıqlamasında “Fənərbaxça” ilə oyundan sonra rusiyalı futbolçunun Putinin şəkli olan maykanı nümayiş etdirməsini UEFA tərəfindən qəbul olunmuş mövcud reqlamentin pozulması və təxribat kimi qiymətləndirib. “Tarasovu ən azı 10 oyunluq cəza gözləyir. Bundan başqa, “Lokomotiv” klubu da ciddi sanksiyalarla üzləşə bilər”.Xatırladaq ki, dünən Avroliqanın 16/1 finalı çərçivəsində İstanbulda keçirilən “Fənərbaxça” “Lokomotiv” oyunundan sonra sonuncunun futbolçusu Dmitri Tarasov Putinin şəkli olan maykada stadionu tərk etmişdi.