“Fənərbaxça“ “Lokomotiv“i məğlub etdi

“Fənərbaxça“ “Lokomotiv“i məğlub etdi backend

Türkiyənin "Fənərbaxça" futbol komandası Rusiyanın "Lokomotiv"ini 2:0 hesabı ilə məğlub edib.

Qaziler.az bildirir ki, Qol.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 1/16 finalın oyunlarına start verilib.

Bu gün ilk oyun günündə bir qarşılaşma keçirilib. Türkiyə təmsilçisi "Fənərbaxça" evdə Moskva "Lokomotiv"ini qəbul edib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/16 finalın qalan oyunları fevralın 18-də keçiriləcək.

"Fənərbaxça" (Türkiyə) – "Lokomotiv" (Moskva, Rusiya) - 2:0
Qollar: Souza, 18 (1:0), 72 (2:0)
Diaspora