Türkiyənin “Fənərbaxça” futbol klubunun azarkeşləri Moskvanın “Lokomotiv” klubunun azarkeşlərini daşıyan avtobusu daş-qalaq edib.
Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Lokomotiv” klubunun rəhbərliyindən bildirilib.Məlumata görə, polis insidentə dərhal müdaxilə edərək, qarşıdurmanın baş verməsinin qarşısını alıb.
“CNN Turk”ün məlumatına görə, polis “Lokomotiv” klubunun azarkeşlərinin olduğu avtobusuna hücum etməyə cəhd edən bir neçə “Fənərbaxça” azarkeşini saxlayıb.
Qeyd edək ki, bu gün 21.00-da UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq.