Futbolçunun burnu qırıldı

Futbolçunun burnu qırıldı backend

İngiltərə Federasiya Kubokunun "Bredford Siti" - "Ridinq" görüşündə qanqaraldici bir hal baş verib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində hava topuna çıxan "Ridinq"li Aleks Pirsin rəqibi Fil Dişi Sahilindən olan hücumçu Fransua Zoko ilə mübarizə zamanı burnu qırılıb.

Bir andaca üzü qana boyansa da, Pirs oyuna davam edib. Hətta qanama o qədər çox olub ki, İrlandiya millisinin mərkəz müdafiəçisinin forması tamamilə qan olub. Həkimlər oyunçunun forması və şortunu 25 min tamaşaçının gözü önündə çıxarmağa məcbur qalıb. Burnundakı qanı kremlə dayandırdıqdan sonra Pirs daha 5 dəqiqə oynayıb. Britaniyanın "The Guardian" qəzeti isə Pirsi Supermenə bənzədib və bu haqda bunları qeyd edib: "Aleks o qədər sürətli idi ki, müalicəsini etdirib paltarını dəyişdirdi və meydana qayıtdı".
Qeyd edək ki, "Bredford Siti" - "Ridinq" görüşü qolsuz bərabərə başa çatdığından, tərəflər 2-ci dəfə növbəti mərhələyə kimin çıxmalı olduğunu aydınlaşdırmağa çalışacaqlar. Yeri gəlmişkən, bu matçda "Bakı"nın sabiq sloveniyalı müdafiəçisi Yure Travnerə "Ridinq"in "18-liy"ində yer tapılmayıb. Ümumiyyətlə, 29 yaşlı sol cinah müdafiəçisi hələ yeni komandasında rəsmi debüt etməyib.
Diaspora