Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 25-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXV turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXV turunun AZAL – “Bakı” matçının 69-cu dəqiqəsində “Bakı” klubunun futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.