FİFA-nın sabiq baş katibi 12 il müddətinə futboldan uzaqlaşdırılıb

FİFA-nın sabiq baş katibi 12 il müddətinə futboldan uzaqlaşdırılıb backend

FİFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb.

Qaziler.az bildirir ki, Apasport.az saytının məlumatına görə, FİFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 illik cəzalandırıb.

O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, fransız futbol funksioneri ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

O, 2014-cü ildə keçirilən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu.
Diaspora