Bombardir “Neftçi”yə döndü

Bombardir “Neftçi”yə döndü backend

“Neftçi” sabiq futbolçusu Nikolas Kanalesi yenidən heyətinə cəlb edib. Axar.az xəbər verir ki, Çili millisinin sabiq hücumçusu ilə bu gün rəsmi müqavilə imzalanacaq. O, mövsümün sonuna qədər “ağ-qaralar”ın şərəfini qoruyacaq. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov “qol.az”a xəbəri təsdiqləyib. 30 yaşlı forvardın son klubu “Krılya Sovetov” olub.


Kanales 2012/13 və 2014/15 mövsümlərində “Neftçi”nin formasını geyinib, ilk mövsümündə 26 qolla Topaz Premyer Liqasının bombardiri olub.
Diaspora