Rusiyanın məşhur tennis ustası Mariya Şarapova öz ölkəsinə Federasiya Kubokunun play-off mərhələsində kömək edə bilməyəcək.
Dünyanın 6-cı raket ustası üçün ABŞ-da keçirilən turnirlər daha vacibdir.Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev bəyan edib.
“Şarpava dəqiq olmayacaq, onun bütün turnirləri Amerikadadır. Fikirləşirəm ki, həqiqətən də, rəqibdən yox, özümüzdən başlamalıyıq. Əgər biz ən güclü heyətlə çıxış ediriksə, istənilən komandaya qalib gələ bilərik. Komandanı yığmaq asan olmayacaq”, - Tarpişev “R-Sport” nəşrinə şərhində deyib.