İsveçrənin nüfuzlu qida şirkəti Beynəlxalq Atletika Federasiyası Assosiasiyası ilə əməkdaşlıq müqaviləsinə bir tərəfli olaraq xitam verib. Şirkət Beynəlxalq Atletika Federasiyası Assosiasiyasına sponsorluq edirdi.
Müqavilənin pozulmasına səbəb assosiasiyaya qarşı rüşvətxorluq və dopinq ittihamarının səsləndirilməsi olub. Bunula belə, assosiasiya rəhbərliyi şirkətlə sponsorluğa dair müzakirələrin hələ ki, davam etdiyini bildirib. Rəhbərliyin şirkətin nüfuzuna xələl gətirməmək məqədilə belə açıqlama verdiyi bildirilib.
Firmanın qurumla cəmi 1 illik əməkdaşlıq müqaviləsi müddəti qalmışdı. Lakin "Adidas" şirkətinin assosiasiya ilə müqaviləsi 2019-cu ilə qədər idi və 33 milyon dollara bərabər idi.
Ötən ay Almaniyanın "Adidas" firması da qurumla əməkdaşlıq etməkdən imtina etmişdi.