“Liverpul“ geri çəkildi: bahalaşma qərarı ləğv olundu

“Liverpul“ geri çəkildi: bahalaşma qərarı ləğv olundu backend

"Liverpul" yeni mövsümdən biletin qiymətinin yüksəldilməsi ilə bağlı verdiyi qərarı ləğv edib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun belə bir addım atmasına azarkeşlərin kütləvi narazılığı səbəb olub.

Klub yaydığı rəsmi açıqlamada qərarın yanlış olduğunu qəbul edib və azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, "Liverpul" yeni mövsüm biletlərin qiymətini 59 funt sterlinqdən (təqribən 134 manat) 77 funt sterlinqə (təqribən 175 manat) qaldırmışdı. Bundan sonra azarkeşlər Premyer Liqada "Sanderlend"lə matçın 77-ci dəqiqəsində qərara etiraz olaraq stadionu tərk etmişdilər.
Diaspora