Limon “Qarabağ“a baha başa gəldi: 2 min manat

Limon “Qarabağ“a baha başa gəldi: 2 min manat backend

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.

Turda 5 qırmızı vərəqə alan futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”la, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə” ilə, Tagim Novruzov (AZAL) “Kəpəz”lə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb.

“Neftçi”matçda birbaşa qırmızı vərəqə alan Yasin Həmid (“Rəvan”) isə 2 oyunluq cəzalanıb və klubunu 2000 manat xərcə salıb. 6 oyunçusu sarı vərəqə alan “Rəvan” daha 1000 manat ödəməli olacaq.

“Qarabağ”la matçda qırmızı vərəqə alan Ruslan Cəfərov isə 1 oyunluq cəzaya məruz qalıb. O, “Xəzər Lənkəran”ın 200 manat cərimələnməsinə səbəb olub.
Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.
Diaspora