2016-cı ilin əvvəlindən İngiltərənin məşhur “Mançester Yunayted” klubunun səhmləri 20% ucuzlaşıb. APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı klubun vitse-prezidenti Ed Vudvord fevralın 11-də maliyyə analitikləri və sərmayəçilərlə görüş keçirəcək.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə premyer-liqasında 5-ci yerdədir. Üstəlik, Lui van Qalın komandası Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyiblər.