"Barselona"nın futbolçusu Lionel Messi böyrəyində daş olduğu üçün əməliyyat olunacaq.
Qaziler.az bildirir ki, Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əməliyyat sabah gerçəkləşəcək. Elə həmin gün argentinalı hücumçunun evə buraxılmasının mümkün olacağı bildirilib.Qeyd edək ki, L.Messi əməliyyat olunacağı üçün İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə cavab qarşılaşmasında oynamayacaq. O, Çempionlar Liqasında "Arsenal"la oyuna kimi hazır olacaq.
Xatırladaq ki, L.Messi tibbi müayinədən keçmək üçün "Barselona"nın sonuncu məşqini buraxmışdı