Dünya çempionu Fariz Məmmədov: “Əl çək məndən, ay qarabala, yorulmuşam“

Dünya çempionu Fariz Məmmədov: “Əl çək məndən, ay qarabala, yorulmuşam“ backend

Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxaraq dünya çempionu oldu.

Qaziler.az bildirir ki, boksçumuz bu gün Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşdı.
Azərbaycan boksçusu Fariz Məmmədov əvvəlcədən elan etdiyi son görüşünü uqandalı boksçu üzərində parlaq qələbə ilə başa vurdu. O öz rəqibini nokautla məğlub edərək dünya çempionu adını qazandı.
Oyunun sonunda uqandalı oyunçu onu revanş oyununa çağırdı. Fariz Məmmədov isə: "Əl çək məndən, ay qarabala, yorulmuşam" -deyərək xatırlatdı ki, o, əvvəlcədən bu oyunun özünün son oyunu olacağını bildirmişdi.

Oyundan əvvəl Fariz Məmmədov rəqibi haqda bunları demişdi: "Artıq 6 aydı ki, Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydı ona qarşı hazırlaşıram."

Qeyd edək ki, özünün gücünə çox inanan uqandalı boksçu Fariz Məmmədov adlı boksçu tanımadığını və dünya çempionu olaraq hər iki kəməri Uqandaya aparacağını bildirmişdi.
Diaspora