FİFA prezidentliyinə iddiaçı namizədliyini geri götürüb

FİFA prezidentliyinə iddiaçı namizədliyini geri götürüb backend

Cənubi Afrika Respublikasının təmsilçisi, iş adamı Tokio Seksvale FİFA prezidentliyinə namizədliyini geri götürüb.

Qaziler.az bildirir ki, APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, T.Seksvale öz namizədliyini Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifənin xeyrinə geri götürüb.

Beləliklə, seçkilərdə FİFA-nın sabiq baş katibi Jerom Şampan (Fransa), UEFA-nın baş katibi Canni İnfantino (İsveçrə), şahzadə Əli bin əl-Hüseyn (İordaniya) və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə (Bəhreyn) iştirak edəcək.

Yozef Blatterin istefasından sonra FİFA-da növbəti prezident seçkiləri 2016-cı il, fevralın 26-a təyin edilib.
Diaspora