Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurası radikal qərarlara əl atıb.
Qaziler.az bildirir ki, bu barədə "Report"a şuranın sədri Oqtay Abdullayev məlumat verib.Onun sözlərinə görə, mövsümün ilk dövrəsindəki uğursuz nəticələrlə əlaqədar futbolçuların yarısı komandadan kənarlaşdırılıb. Bundan başqa, klubun əməkdaşları, baş məşqçi Nizami Sadıqov və onun köməkçilərinin maaşları azaldılıb. O.Abdullayev gedənlərin yerinə "Bakı", "Xəzər Lənkəran" və digər klublardan, eləcə də Gürcüstandan futbolçuların cəlb olunduğunu vurğulayıb. Bir müddətdir ikinci dövrənin hazırlıqlarına başladıqlarını deyən sədr təlim-məşq toplanışının Bakıda və ya Gürcüstanda təşkil olunacağını əlavə edib.
Qeyd edək ki, "Turan Tovuz" ilk dövrədən sonra 13 oyuna 15 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.