Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə federasiyanın prezidenti Fazil Məmmədov əmr verib.Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb.