30 yaşlı qılıncoynadan İbtihaj Məhəmməd Braziliyada keçiriləcək olimpiadaya ABŞ təmsilçisi kimi qatılan ilk hicablı qadın kimi tarixə düşəcək. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Nyu Atensdə təşkil olunan dünya çempionatında üçüncü olan 30 yaşlı idmançı bununla da olimpiadaya lisenziya qazanıb.
ABŞ-ın Nyu Cersi ştatında yaşayan İbtihaj Məhəmməd jurnalistlərə açıqlamasında bildirib ki, insanlara əzmlə hər şeyin mümkün olduğunu göstərmək istəyib. "Cinsiyyət, irq və din insanlara heç bir maneə törətməməlidir" - deyə o qeyd edib.