“Bavariya”nın futbolçusu bir ay oynamayacaq

“Bavariya”nın futbolçusu bir ay oynamayacaq backend

“Bavariya”nın futbolçusu Xavi Martinez bir ay yaşıl meydandan kənarda qalacaq. Apasport.az-ın məlumatına görə, bu barədə Münhen klubunun rəsmi saytı xəbər yayıb.

Əməliyyat keçirən futbolçu artıq zədədən qurtulub. Bərpa prosesindən sonra yaşıl meydana dönəcək.

Qeyd edək ki, ispan yarımmüdafiəçi 2012-ci ildən almanların şərəfini qoruyur.
Diaspora