Prezident İlham Əliyev İbrahim İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az "Report"a xəbər verir ki, sərəncamla Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İbrahim Eldar oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.