Yeniyetmə taekvandoçular yarışdı

Yeniyetmə taekvandoçular yarışdı backend

Taekvondo üzrə yeniyetmələr arasında açıq birincilik keçirilib. Lent.az-ın məlumatına görə, "Fateh" idman klubunun təşəbbüsü ilə baş tutan yarışa 19 komandadan 200-dən artıq yeniyetmə taekvondoçu qatılıb. 19 çəki dərəcəsində yarışan idmançıların mübarizəsi gərgin şəraitdə keçıb.

Fateh idman klubunun rəhbəri və baş məşqçisi Elməddin Vəliyevin sözlərinə görə, yarış yeniyetmə taekvondoçuların inkişafı üçün böyük təkan olub. Gənc məşqçi Səbuhi İsmayılovun rəhbərlik etdiyi "Qəbələ" idman klubunun taekvondoçuları xüsusi fəallıq göstəriblər. Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən komandaların iştirakı "Fateh" idman klubunun ənənəvi açıq birinciliyinə böyük təkan verib. Yarışın Dünya Taekvondo Federasiyasının qaydalarına uyğun olaraq və "Daedo" elektron jilet və kask sistemi ilə keçirilməsi idmançıların haqlarının qorunmasını tam təmin edib.

Döyüşlər Azərbaycan Taekvondo Federasiyasının 10 rəsmi hakimi tərəfindən idarə olunub. Medal sayına görə turnirdə yer tutmuş ilk 5 komanda aşağıdakılardır: Fateh idman klubu (1-ci yer), Xəzər taekvondo klubu (2-ci yer), Sumqayıt olimpiya mərkəzi (3-cü yer), Qəbələ idman klubu (4-cü yer), Fərasət taekvondo klubu (5-ci yer).
Diaspora