Premyer Liqanın XX turunun oyun cədvəli müəyyənləşib. Trend PFL-in saytına istinadən məlumat verir ki, turun görüşləri 3 gün ərzində reallaşacaq.
5 fevral (cümə)“Neftçi” – “Rəvan”
“Bakcell Arena”, 16:30
6 fevral (şənbə)
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 15:00
“Qarabağ” – “Xəzər Lənkəran”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 17:30
7 fevral (bazar)
“Kəpəz” – AZAL
Gəncə şəhər stadionu, 13:30
“İnter” – “Qəbələ”
“İnter Arena”, 17:30
Qeyd edək ki, Premyer Liqanın XX turunun oyun cədvəlində dəyişiklik edilib. Canlı yayımla əlaqədar olaraq, “Rəvan” – “Neftçi” matçının yeri dəyişdirilib. Belə ki, XX turun matçının “Neftçi” – “Rəvan” kimi dördüncü dövrənin XXVIII turunun görüşü “Rəvan” – “Neftçi” matçı kimi qeydə alınacaq.
Bütün oyunlar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.