AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Apasport.az saytının xəbərinə görə, “Park İnn” otelində baş tutan tədbirdə yeni qurum yaradılıb.
UEFA və FİFA-nın tələbi ilə AFFA tərəfindən Apelyasiya və Arbitraj palatası yaradılıb. Bu qurum İntizam Komitəsi və Apelyasiya və Ekspert Komitəsindən sonra üçüncü qurum kimi fəaliyyət göstərəcək.