“Olimpiada 2016”-da qaçqınlardan ibarət komanda iştirak edəcək

“Olimpiada 2016”-da qaçqınlardan ibarət komanda iştirak edəcək backend

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında qaçqınlardan ibarət komanda da iştirak edəcək.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə “The Guardian” Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa istinadən xəbər verir. Birləşmiş Millətlər Təşkilatının 193 üzvündən 180-i Beynəlxalq Olimpiya Komitəsinin bu qətnaməsini dəstəkləyib.
“Olimpiada - toleriantlıq, həmrəylik, sülh deməkdir. Beynəlxalq Olimpiya Komitəsi
yüksək ixtisaslı qaçqın idmançıları Rio-de-Janeyrodakı Oyunlara dəvət etməyi qərara alıb. Bununla da biz dünyanın diqqətini 60 milyon qaçqının problem və taleyinə yönəltməklə qaçqınlara dəstək və ümid vermək istəyirik” - deyə Bax qərarı izah edib.
Diaspora