Hollandiyada keçirilən "Utrext" - "Zvolle" oyununda maraqlı hadisə baş verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolu vuran Boymans qol sevincini rəqib komandanın baş məşqçisi Roy Yansla qeyd edib.
Bununla bağlı R.Yans bildirib:"Mövsümün əvvəlində Boymansı transfer etmədik. Bizimlə oyunda isə mənə meydana çıxmadan öncə qol vuracağını söyləmişdi. Buna görə də qol vurduqdan sonra mənə tərəf gəldi, mən də onu təbrik etdim".