Fransa klubu baş məşqçisi ilə yolları ayırdı

Fransa klubu baş məşqçisi ilə yolları ayırdı backend

"Bastiya" klubu baş məşqçisi Jislen Prentanla yollarını ayırıb. Qol.Az-ın "L’Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub.

Klubun Fransa Liqasında qeyri-sabit oyun sərgiləməsi rəhbərliyi narazı salıb. Bu səbəbdən 2014-cü ildən "Bastiya"nı çalışdıran Prentanla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, "Bastiya" Fransa Liqasında geridə qalan 22 turdan sonra 25 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Diaspora