İngiltərə Liqa kubokunda yarımfinalında "Everton"a 3:1 hesabı ilə qalib gələn "Mançester Siti" ciddi itki ilə üzləşib. Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Kevin de Bruyne zədələnib.
Matçın 66-cı dəqiqəsində Yaya Turenin əvəzinə meydana daxil olan belçikalı futbolçu 4 dəqiqə sonra qol vurub.
Lakin oyunun sonlarına doğru zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.