Bu qış transfer pəncərəsində indiyə kimi transferlərə ən çox pul xərcləyən liqalar müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ilk pillədə Çin superliqası qərarlaşıb. Bu ay transferlərə 136 milyon avro xərcləyən Çin superliqası Avropanın ən böyük liqalarını geridə qoymağı bacarıb.
İngiltərə Premyer Liqası 2-ci (116 milyon avro), İtaliya A seriyası (57 milyon avro) 3-cüdür.
Dördüncü yer yenə Çinə məxsusdur. Bu dəfə ölkənin birinci liqası 43 milyon avro ilə beşinci pillədə qərarlaşan Almaniya bundesliqasını (36 milyon avro) qabaqlayıb.
Qeyd edək ki, Çinin superliqa klubları bu qış transfer pəncərəsində Ramires ("Çelsi"dən "Çzyansu Saynti"yə), Jervinyo ("Roma"dan Hebey Çjunçzi"yə) və Fredi Quarin ("İnter"dən "Şanxay Şenxua"ya) kimi ulduz oyunçuları alıb.