AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir martın 6-da baş tutacaq.
“Hilton” otelində keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də açıqlanıb:- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər